Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Mədəniyyət » Fransada “Şuşa ili” və Fikrət Əmirovun yubileyi münasibətilə konsert keçirilib

Fransada “Şuşa ili” və Fikrət Əmirovun yubileyi münasibətilə konsert keçirilib

Fransanın paytaxtı Parisdə “Şuşa ili” və Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın əməkdar artisti, pianoçu, musiqişunas Nərgiz Əliyarovanın ifasında konsert keçirilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Parisdəki səfiri Rəhman Mustafayev, respublikamızın UNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, fransalı jurnalistlər, musiqi həvəskarları və digər qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Şuşa şəhərinin Azərbaycanın mədəni həyatındakı yeri və bəstəkar Fikrət Əmirovun yaradıcılığı haqqında qonaqlara geniş məlumat verilib.

Səfir Rəhman Mustafayev çıxışında Şuşanın Azərbaycan musiqisinin beşiyi olduğunu qonaqların diqqətinə çatdırıb, Azərbaycanın dövlət Himninin məhz Şuşada yazıldığını xüsusi qeyd edib.

Konsertdə N.Əliyarova Cövdət Hacıyevin, Qara Qarayevin, Vaqif Mustafazadənin, Firəngiz Əlizadənin, Lalə Cəfərovanın musiqilərini səsləndirilib.

Qeyd edək ki, əməkdar artist N.Əliyarova Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solistidir. O, ABŞ-ın Nyu-York şəhərində yaşayır.

Check Also

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib. Boyukmillet.com xəbər verir ki, işğaldan azad …