Şənbə , 2 İyul 2022
Home » Diaspor » Fuad Muradov İsraildə Azərbaycan icmasının üzvləri ilə görüşüb

Fuad Muradov İsraildə Azərbaycan icmasının üzvləri ilə görüşüb

Akko şəhərində fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi”ndə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə İsraildə məlumatlandırma kampaniyası apardıqlarına və müxtəlif aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diasporumuzun Vətən müharibəsi dönəmindəki fəaliyyətini yüksək qiymətləndirdiyini, Qələbə münasibətilə xalqımızı təbrik edərkən diasporun bütün dünya üzrə xidmətlərini xüsusilə vurğuladığını nəzərə çatdırıb.

Akko şəhəri bələdiyyəsinin baş direktoru Yaniv Aşur və şəhər mədəniyyət evinin baş direktoru Ayala Sivan Ben Yosef çıxış edərək, icmamızın mədəniyyətlərarası anlaşmaya, ictimai-siyasi və humanitar sahələrə verdikləri töhfələrə diqqəti cəlb edib, xalqlarımız arasında sarsılmaz dostluq əlaqələrinin mövcud olduğunu məmnunluqla vurğulayıblar.

“İsraildə Azərbaycan Evi”nin rəhbəri Nexamiya Şirin Mixaeli və icma üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Akkoya səfərini Azərbaycan diasporuna göstərilən həssas münasibətin təzahürü kimi qiymətləndiriblər.

Təddbir çərçivəsində DİDK sədri “İsraildə Azərbaycan Evi”nin rəhbəri Nexamiya Şirin Mixaeliyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib. İcma rəhbəri bu medala İsraildə Azərbaycan diasporunun inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

DİDK sədri həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Akko şəhərində yaşayan qardaşı Rant Aqarunovu və ailə üzvlərini ziyarət edib. Səmimi görüş zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz yad edilib. İsraildə Azərbaycan icmasının fəaliyyəti, vətənimizin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Check Also

Nazir: “İsrail-Azərbaycan dostluğu iki ölkə xalqlarının ortaq dəyərlərinə əsaslanır”

“Bu həftə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail rəsmiləri və Azərbaycandan …