Çərşənbə , 22 Yanvar 2025
Drone Cameras

Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, “Türk Şəhidliyi” abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur.

Fuat Oktay həmçinin Azərbaycan Milli Məclisinin qarşısında da media nümayəndələri üçün açıqlama verəcək.

Check Also

Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş tədbir keçirilir

Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və …