Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Manşet » Gəncə və Mingəçevirin raket atəşinə tutulmasından 1 İL KEÇİR

Gəncə və Mingəçevirin raket atəşinə tutulmasından 1 İL KEÇİR

Gəncə və Mingəçevir şəhərlərinin Ermənistan tərəfindən raket atəşinə məruz qalmasından bir il keçir.

Boyukmillet.com xatırladır ki, saat 02:00 radələrində Gəncə şəhərinin mərkəzində bir yaşayış binası raket atəşinə məruz qalıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, düşmənin Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Saat 4 radələrində Ermənistan ordusunun Mingəçevir su-elektrik stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Gəncə şəhərinə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyini bildirib.

Check Also

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Boyukmillet.com xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali …