Cümə , 27 Noyabr 2020
Home » Dağlıq Qarabağ münaqişəsi » Gəncədə ata-analarını itirən Sevil və Hüseyn cəsur ürəyə sahib olduqlarını sübut etdilər

Gəncədə ata-analarını itirən Sevil və Hüseyn cəsur ürəyə sahib olduqlarını sübut etdilər

Bu, bir ailənin faciəsi deyil. Bu, erməni terrorunun, vəhşiliyinin nəticəsidir. Sevil və Hüseynin ata-anası Vətən Müharibəsinin şəhidləridir.
Boyukmillet.com xəbər verir ki, bu yeniyetmə bacı-qardaşın davranışları azərbaycanlı uşaqların dəyanətinin göstəricisidir. Onlar bir ata və ananın övladları idi, bir gecədə Azərbaycan boyda ailənin üzvü oldular.
Bacı-qardaş ağrını ləyaqətlə yaşayır. Onların bu duruşu ilə düşmənə cavabdır.

Sevil və Hüseyn ləyaqəti ilə düşmənin bağırını çatladır. Düşmən nə terroru, nə də gecə saatlarında dinc əhaliyə raket hücumu ilə Azərbaycan vətəndaşını sındıra bildi. Bacı-qardaş Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparanların simvollarındandır. Onlar nümunəvi vətəndaşdırlar. Bunu ləyaqət, dözüm göstərməklə təsdiqlədilər. Sevil və Hüseyn təmkin nümayiş etdirməklə böyük ürək yiyəsi olduqlarını sübut etdilər. Onlar bu davranışları ilə ata-ansına rəhmət qazandırdılar, Vətənə xidmət etdilər.

Xatırladaq ki, Sevil və Hüseynin ailəsi Ermənistanın 11 oktyabr tarixində Gəncəyə atdığı raket zərbəsinin qurbanı olub.

Check Also

Bir baxışda KƏLBƏCƏR – VİDEO

Türkiyənin “Anadolu” agentliyi Kəlbəcər rayonun erməni tapdağından azad edilməsi ilə bağlı reportaj hazırlayıb. Reportajda Kəlbəcəri …