Çərşənbə axşamı , 9 Avqust 2022
Home » hadisə » Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Gəncə şəhər sakinin bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər sakini, Ə.Rəcəbov Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bank hesabından 369 manat oğurlanıb.

Polis əməkdaşıarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, C.Əsgərov saxlanılıb.

Qeyd edək ki, C.Əsgərov keçmiş məhkum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

Xaçmaz sakini 20 kq narkotiklə tutulub

Xaçmaz sakini 20 kq narkotik vasitə ilə tutulub. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin …