Şənbə , 2 İyul 2022
Home » krimnal » Gəncədə gənc qadın boğazından bıçaqlanaraq öldürülüb

Gəncədə gənc qadın boğazından bıçaqlanaraq öldürülüb

Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq öldürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Aynur Vəliyeva boğaz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

A.Vəliyevanın keçmiş həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Check Also

Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə …