Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Gəncədə narkokuryer saxlanılıb, 15 kq-dan artıq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Xəyyam Qasımov sosial şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında Qazax rayonuna aparmağa razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 15 kq 530 qram narkotik maddə olan heroin aşkarlanarq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Ramil Usubovun qardaşı oğlu restoranda bıçaqlanıb

Nərimanov rayonunun keçmiş prokuror müavininə qarşı baş verənlərlə əlaqədar cinayət işi başlanıb Prezident yanında Təhlükəsizlik …