Bazar ertəsi , 2 Oktyabr 2023

Gəncədə valideynlərini itirmiş uşaqlara təqaüd veriləcək

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.

Ə.Əhmədov Gəncədə Ermənistanın raket atması nəticəsində dağılmış ərazidə olub və vəziyyətlə yerində danış olub.

Ə.Əhmədiv jurnalistlərə açıqlamasında bildirib ki, erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən 300 manat məbləğində aylıq təqaüd təyin edilib. Baş nazirin müavini qeyd edib ki, təqaüdün verilməsinə gələn aydan etibarən başlanılacaq və həmin uşaqlar 18 yaşına çatana qədər davam edəcək.

Check Also

Dövlət Miqrasiya Xidmətinin və ƏƏSMN-nin əməkdaşları Xankəndidə fəaliyyətə başladı

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan …