Cümə axşamı , 23 Mart 2023

Generallar Od çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

Check Also

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı …