Çərşənbə axşamı , 7 İyul 2020
Home » hadisə » Gömrükçülər daha bir qaçaqmalçılığın qarşısını alıb

Gömrükçülər daha bir qaçaqmalçılığın qarşısını alıb

Böyukmillet.com xəbər verir ki, Dövlət Gömrük komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Volvo” markalı və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi ” İVECO” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3 600 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Check Also

Azərbaycanda xüsusi icazə alıb oğurluğa getdilər – FOTO

Qubada xüsusi icazədən istifadə edən oğurar saxlanılıblar.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən …