Çərşənbə , 16 Sentyabr 2020
Home » Cəmiyyət » GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİLİK?

GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİLİK?

Uzun illərin araşdırmaçı jurnalisti kimi mən bu yazımda görünən dağa bələdçilik etmək fikrindəyəm. Çünki bu dağa daş atanlar artıb, yaxşını yamanın gözü götürmür, düzü yalanın sözü qamçılayır, ətəyə astar və üzü yaraşmır və s. Ona görə də istəyirəm ki, həmişə dövlətimizə və dövlətçiliyimizə sadiq olan, müstəqil respublikamızın ilk qadın icra başçısı, məsləki, amalı, əqidəsi bütöv İradə Gülməmmədovanın ünvanına səslənən və yazılan xoşagəlməz, haqsız, qeyri-etik ifadələrə etirazımı bildirim. Belə ki, özünü bir xanım, bir məmur kimi ailəsinə, xalqımıza və dövlətimizə lazımlı hiss edən, adına üz tutanlara əlindən gələn köməyi əsirgəməyən, şərəflə və ləyaqətlə xidmət göstərən İradə xanımın hədəfi sadiqlikdir!
İradə Gülməmmədova Abşeron rayonunda çalışdığı müddət ərzində gördüyü işlərin miqyası saya və ölçüyəgəlməzdir. Onun kimi layiqli insanlarımıza ehtiyacımız çoxdur.
Çox təəssüf ki, bəzi qara fikirli insanlar şər və böhtanlarından əl çəkməyərək bu xanımın fəaliyyətinə kölgə salmağa cəhd edirlər. Guya o, Ramiz Mehdiyevin nəvəsinin toy təşkil edibdir. Şəhid ailələrini incidir, evləri sökdürür və s. Bütün bunlar ağ yalandır. Əksinə təkcə bunu demək kifayətdir ki, İradə xanım rayonda bütün şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Hətta dəfələrlə şahidi olmuşam ki, o, işinə çox tələbkar yanaşır, sakinlərin problemlərini yerindəcə, operativ həll edir. Vətənini, millətini bütün varlığı qədər sevən, olduqca sadə və səmimi bu xanım icra başçısına qarşı irəli sürülən iftiralar haqsızlıqla və riyakarlıqla doludur. Onun fəaliyyətinə kölgə salanlar bilməlidirlər ki, haqq nazilər, amma üzülməz! Respublika rəhbərimizin ağıllı, müdrik və uzaqgörən siyasəti imkan verməz ki, şər qüvvələr ayaq tutub yerisinlər, sevinsinlər.
Bir sözlə, heç bir təmənna güdmədən özümə mənəvi borc hesab edirəm ki, İradə xanım kimi uca zirvəyə qalxan xanımlarımızın fəaliyyətinə bir jurnalist qələmimlə bələdçilik edib xalqımıza həqiqəti çatdırım. Unutmayaq ki, düzgün yolda əzmkarlıqla çalışanlara qarşı yalan, sərt və amansız mövqe tutanları Tanrı heç zaman bağışlamaz!

Sima Babayeva.

Check Also

“Azəriqaz”da kadr dəyişikliyi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub. “Azəriqaz”dan Open.az-a verilən məlumata …