Çərşənbə axşamı , 7 İyul 2020
Son Xəbər
Home » Cəmiyyət » Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib – VİDEO

Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib – VİDEO

2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.

Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.

Check Also

İsmayıllıda yanğın

İsmayıllıda yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 …