Cümə axşamı , 29 İyul 2021
Home » Xarici siyasət » Gürcü politoloq: “Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycana dəstəyini bir daha təsdiqləyəcək”

Gürcü politoloq: “Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycana dəstəyini bir daha təsdiqləyəcək”

“Rəcəb Tayyib Ərdoğanın azərbaycanlılar üçün olduqca önəmli şəhər olan Şuşaya səfəri Türkiyə Prezidentinin Qarabağa ilk səfəri kimi tarixə düşüb”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti Zurab Batiaşvili analitik yazısında yazıb.

Politoloqun fikrincə, Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyü məsələsinə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq: “Ərdoğanın səfəri regionda İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları vurğulayıb. Ankara müharibə zamanı əsas müttəfiqi olan Azərbaycanı dəstəkləməkdə davam edib. Aydındır ki, Türkiyə Qafqazda və ətrafdakı vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışacaq”.

Check Also

İlham Əliyev Əfqanıstana yeni səfir təyin etdi – FOTO

Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam …