Cümə , 5 Dekabr 2025
Drone Cameras

Gürcüstan Müstəqillik günündə hərbi texnikasını nümayiş etdirəcək

Mayın 26-da Tbilisidə, Azadlıq meydanında Gürcüstanın Müstəqillik gününə həsr olunmuş mərasim keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir çərçivəsində ölkənin hərbi texnikasının bir hissəsi – müxtəlif zirehli maşınlar nümayiş etdiriləcək.

Mərasimə “SU-25” qırıcı təyyarələrinin uçuşları ilə yekun vurulacaq.

Bununla yanaşı, 247 hərbçinin andiçmə mərasimi də təşkil olunacaq.

Koronavirus pandemiyası səbəbindən mərasim genişmiqyaslı olmayacaq.

Tədbir televiziya vasitəsilə canlı yayımlanacaq.

Check Also

Türkiyədə avtobusun aşması nəticəsində iki nəfər ölüb, 21 sərnişin yaralanıb

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, …