Cümə , 19 İyul 2024
Drone Cameras

Gürcüstan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalayıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının Aparatının Mətbuat xidməti məlumat yayıb.

“Memorandumun məqsədi iki ölkə arasında dostluq münasibətlərinin və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu sənədlə milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin keçirilməsi və müxtəlif səviyyələrdə fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, S.Hacımüftüoğlu iyunun 21-də başlayan kibertəhlükəsizlik forumunda iştirak etmək üçün Tbilisiyə işgüzar səfərə gedib. O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili daxil olmaqla, müxtəlif yüksək rütbəli rəsmi şəxslərlə görüşüb.

Check Also

Rusiyanın cənubunda ağır yol qəzası olub, 5 nəfər ölüb

Rusiyanın Kalmıkiya Respublikasında avtomobillə “Kamaz”ın toqquşması və alov alması nəticəsində biri uşaq olmaqla beş nəfər …