Cümə , 7 Noyabr 2025
Drone Cameras

Gürcüstanda bələdiyyə seçkiləri BAŞA ÇATDI – Kaladze liderdir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da  (Bakı vaxtı ilə eynidir) bağlanıb.

Boyukmillet.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçici fəallığı 33,5% təşkil edib.

Gürcülər Tiflis də daxil olmaqla, ölkənin 64 bələdiyyəsində meri və qanunverici orqanların üzvlərini seçiblər.

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Tiflis merliyinə namizədi Kaxa Kaladze bələdiyyə seçkilərində 77,4% səs toplayıb. “Gorbi” şirkətinin exit-poll məlumatlarını Gürcüstanın “İmedi” telekanalı dərc edib. “Güclü Gürcüstan” və “Gürcüstan üçün Qaxariya” müxalifət partiyalarının namizədi İrakli Kupradze 8,8% səslə ikinci olub. İlk üçlüyü 6,7% səslə “Girçi” libertar partiyasının namizədi Yaqo Xviçia tamamlayıb.

Check Also

Anna Akopyan İrəvanda və Bakıda həbsdə olan erməni liderlərin arvadlarına dəstək verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hazırda Azərbaycanda həbsdə olan Qarabağdakı separatçı …