Bazar ertəsi , 2 Oktyabr 2023

Gürcüstanda koronavirus əleyhinə peyvəndləməyə hazırlıq başlayıb

Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.

Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq.

Check Also

Xankəndidə radio-televiziya yayımı təmin olunur

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı …