Bazar ertəsi , 17 Fevral 2020
Home » Cəmiyyət » Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb

Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb

Gürcüstanın Batumi şəhərində əcnəbi turistlərdən hədə-qorxu gəlməklə pul tələb edən 4 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərin Batumidə klublardan birində çalışdığı müəyyən olunub. Həmin şəxslər 4 əcnəbi vətəndaşı ölümlə hədələyərək onlardan 2 580 türk lirəsi və 400 lari məbləğində pul alıblar.

Faktla bağlı istintaq aparılır. 

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 

Check Also

Ədliyyə nazirindən yeni təyinat – ÖZƏL

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.  Boyukmillet.com-un məlumatına görə, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət …