Cümə axşamı , 18 Avqust 2022
Home » Cəmiyyət » Həkim: “Arif Quliyevin ciyərlərinin 90 faizi zədələnib, vəziyyəti çox ağırdır”

Həkim: “Arif Quliyevin ciyərlərinin 90 faizi zədələnib, vəziyyəti çox ağırdır”

“Xalq artisti Arif Quliyevin vəziyyəti ciddi ağır qiymətləndirilir. Xalq artisti təxminən 10 gündür virusa yoluxub. Xəstəxanada aparılan müalicələrə baxmayaraq vəziyyətində ağırlaşmalar olduğu üçün bu gün reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib”.

Bunu “Report”a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdüri Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni-tənəffüs aparatı dəstəyindədir:

“Lazım olunan bütün müayinə və müalicələr aparılır. Amma vəziyyəti olduqca ağırdır”.

Check Also

Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə xəbərdarlıq edib

“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim …