Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Hərbi Prokurorluq Daxili Qoşunlarla birgə Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbir keçirib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birgə Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Boyukmillet.com xəbər verir ki, Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Hərbi Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov əvvəlcə Baş prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

Bundan sonra, həmin şəxslər Zaqatala hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev, eləcə də hərbçilər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Daxili Qoşunlarla qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Check Also

Səmayə Həşimova: Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam

Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim …