Cümə , 12 Avqust 2022
Home » köşə » Həsən Əliyev yazır: Şərəfli Ömür !

Həsən Əliyev yazır: Şərəfli Ömür !

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü məktəbini bitirib. 1992-ci ildən İdman Ustası adına layiq görülmüşdür.

1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.Daha sonra 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 2000-ci ildə azərbaycan Kikboks Federasiyasının Prezidenti vəzifəsinə təyin edilmişdir.Yaradılışın hikmətini dərk edən Adil müəllim dayanmadan təhsilini davam etdirmiş, 2004-cü ildə BDU-nun magistraturasını bitirib.

Bununlada kifayətlənməmiş 2010-cu ildə BDU-nun aspiranturasını bitrimişdir.İdmanda nəticəsi 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub Azərbaycanın bayrağını ucaltmışdır. 2012-ci ildə “Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür.


Eyni zamanda 2012-ci ildə çap olunmuş “Erməni soyqırımı: mif və gərçəklik” adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifidir.


1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində Zabit kimi xidmət edib. 1994-2003-cü illərdə Daxili İşlər orqanlarında üst rütbədə müxtəlif vəzifələrdə xidmət etmişdir.20 sayılı 2-ci Nərmanov seçki dairəsindən 2005-ci ildə 3-cü çağırış,2010-cu ildə 4-cü çağırış və 2015-ci ildə 5-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.

2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olaraq, Azərbaycanı xarici dövlətlərdə yüksək səviyyədə layiqli təmsil etmiş, Ulu Öndər Heydər Əliyev kursunun davamçısı,cənab Prezident İlham Əliyevin apardığı humanist siyasəti dünya içtimaiyyətinə çatdırmışdır. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.


10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini eyni zamanda Gənclər və idman komitəsinin sədri seçilmişdir.


Təltif üzürə naliyyətləri “Polis Əlaçısı” fəxri adı (2000)”İgidliyə görə” medalı (2005) 20 iyun 2020-ci ildə “ehtiyatda olan polkovnik” rütbəsiylə təltif edilmişdir.Ailəlidir, üç övladı var.General-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

Adil Əliyevin Şərəfli ömrü vətənə xalqa və ali Baş Komandan İlham Əliyevə sədaqəti,44 günlük 2-ci Qarabağ müharibəsi zamanındada özünü göstərdi.Müharibə zamanı daim ön xəttə olmuş,əskər və zabitlərlə görüşmüşdür.Hərbiçilərimizə yüsək mənəvi və psixoloji dəstək olmuşdur.

Qorxu bilməyən böyük ürəyə sahib cəsarətli şəxsiyyət Adil Əliyev,lazım gələrsə əlinə silah götürüb qanının son damlasına qədər,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu bir daha sübut etdi.

Ölkə üzürə Kikboks idman növünün inkişafında xüsusi xidmətləri olmuşdur.Dövlət məmurlarına örnək olan Adil Əliyev vətənə və xalqa xidmət zamanı fəaliiyət göstərdiyi qərərgahının qapısı hər bir Azərbaycan vətəndaşının üzünə açıq elan etmişdir.44 günlük 2-ci Qarabağ müharibəsindən sonra həssas qurup sayılan şəhid ailələri və qazilərin problemləriylə şəxsən yaxından maraqlanmış və dəstək olmuşdur.

Xalqımız Adil Əliyev tək şəxsiyyətləri olduğina görə fəxir və qurur hissi duyur,xidmətlərinə görə minnətdarlıq və təşəkkürlərimizi bildiririk.

Müəlif;Həsən Əliyev
Brend jurnalının Təsisçi Baş direktoru
İSBAM Departament Rəhbəri

Check Also

Gənclər təşkilatlarının yeni PR strategiyası Şamaxıda müzakirə olundu

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 …