Bazar ertəsi , 9 Sentyabr 2024
Drone Cameras

“Heç olmasa iki həftəlik sərtləşdirməyə getməliyik” – Çağırış

Hazırda elə bir vəziyyətə gəlib çatmışıq ki, mütləq sərtləşməyə gedilməlidir.

Boyukmillet.com-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

A.Allahverdiyev qeyd edib ki, əks təqdirdə tibb sistemi bu ağır yükün ağırlığını qaldıra bilməyəcək:

“Heç olmasa iki həftəlik sərtləşdirməyə getməliyik. Vəziyyət stabilləşəndən sonra təkrar yumşalmalar olmalıdır. Yoxsa dünya ölkələrindəki acı vəziyyət bizi də gözləyir. Biz COVID-19-a qarşı da birlik olmalıyıq”. 

Check Also

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib …