Cümə axşamı , 1 Dekabr 2022
Home » Mədəniyyət » Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan “Müasir Bakı” videolayihəsi təqdim olunub

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan “Müasir Bakı” videolayihəsi təqdim olunub

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan Bakının füsunkar gözəlliyi, müasir siması bu dəfə “Müasir Bakı” videolayihəsində təqdim olunub.

Boyukmillet.com xəbər verir ki, “DJ Kənan Drums”ın (Kənan Hüseynov) müxtəlif musiqi sintezi ilə hazırlanan layihə Bakının dinamik həyatını hiss etmək, gözəlliyini görmək üçün paytaxtı hündürlükdən canlandırır.

Musiqinin müşayiəti ilə Alov Qüllələri, Bakı bulvarı, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzi, paytaxtın ümumi mənzərələri təqdim edilir.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan layihənin 8 Noyabr – Zəfər Günü ərəfəsində təqdim olunması isə ölkəmizin qüdrətinin və gözəlliyinin daha bir tərənnümüdür. Eyni zamanda turizm baxımından Bakının cəlbediciliyini geniş auditoriyaya nümayiş etdirir.

Qeyd edək ki, son illər yüksəklikdən istifadə olunmaqla belə musiqi layihələrinin çəkilişləri dəbdədir və zaman keçdikcə musiqiçilər mütəmadi bu formata üz tuturlar. Belə təqdimatlar indiyədək Nyu-Yorkda (DJ Tiesto,“Live from Edge New York City”), Dubayda da (DJ David Guetta, “United at HomeDubai Edition”) reallaşıb. Tanınmış DJ David Guetta öz çıxışını Dubayda, dünyanın ən hündür binası olan “Bürc-Xəlifə”də, DJ Tiesto Nyu-Yorkda “Hudson Yards”ın “The Edge” müşahidə göyərtəsində təqdim etməklə əsrarəngiz musiqili video hazırlayıblar.

Bakı layihəsi isə paytaxtımızın müasir memarlığı sırasında olan İqtisadiyyat Nazirliyinin inzibati binasının damında lentə alınıb.

Layihə “SS Production” şirkətinin texniki dəstəyi ilə reallaşıb və çəkilişlərdə müasir video, işıq avadanlıqlarından istifadə olunub.

“Contemporary Baku”

Check Also

Cahangir Novruzov: “Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək həyasızlıqdır”

“Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək tərbiyəsizlik, həyasızlıqdır”. Bunu “Report”a müsahibəsində …