Bazar ertəsi , 2 Oktyabr 2023

Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı: 3 mülki şəxs həlak olub, 10 nəfər uşaq və qadın ağır yaralanıb

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, – o qeyd edib.

Check Also

İSBAM sədri qazilərlə görüşüb – FOTOLAR

“Bu gün Şirvan şəhərində bir qrup qazilərimizlə görüşdüm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Mia.az-a İctimai Siyasi …