Cümə axşamı , 3 Dekabr 2020
Home » Gündəm » Hikmət Hacıyev: “Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”

Hikmət Hacıyev: “Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Diplomatik korpus və hərbi attaşelerlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, – H.Hacıyev yazıb.

Check Also

Hulusi Akar: “Sonadək Azərbaycanın yanında olacağıq”

“Azərbaycanlı qardaşlarımızla hərbi təhsil, təlim sahələrindəki birgə fəaliyyətimiz istiqamətində işləri davam ediririk”. Boyukmillet.com Türkiyə Milli …