Şənbə , 9 Noyabr 2024
Drone Cameras

Hüquq müdafiəçisi: “Azərbaycan beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”

“Azərbaycan insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, fundamental hüquqları pozan yox, hörmət edən dövlətlər sırasında özünə layiqli yer tutmalıdır. İnsan hüquqları və əsas azadlıqların təminatı sahəsində beynəlxalq təpkiləri ciddiyə almalı, bu sahədə əhatəli islahatlar aparılmalıdır”. 

Bunu “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli deyib. 

O bildirib ki, məhkəmələrin hakimiyyətdən asılılığına son verilməli, hakim seçkilərinin şəffaflığı təmin edilməlidir: “Müdafiə hüququnun keyfiyyətini artırmaq, əlçatımlığını təmin etmək üçün alternativ Vəkillər Kollegiyalarının təsis edilməsi təmin edilməlidir”.

“İşgəncə və ləyaqəti alçaldan hərəkətlərin qarşısını almaq üçün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və digər saxlanc yerlərində ictimai nəzarəti təmin etməli, insan hüquqları üzrə real fəaliyyət göstərən, hökümətin nəzarətində olmayan müstəqil qeyri-hökümət təşkilatlarına başçəkmələrin həyata keçirilməsinə icazə verilməlidir”, – deyə o qeyd edib. 

Hüquq müdafiəçisi bildirib ki, nazirlik və komitələrdə istintaq-təhqiqat idarələri ləğv edilməli, bir başa prezidentə tabe olan Vahid İstintaq Komitəsi yaradılmalıdır.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …