Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

İcazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlərin 40 min manat cərimələnməsinə dair layihə ilk oxunuşdan keçib

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.

Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Check Also

VI çağırış Milli Məclis işini yekunlaşdırıb

VI çağırış Milli Məclis işini yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu gün altıncı çağırış Milli …