Cümə , 31 Mart 2023

İcra başçısı köməkçisini işdən çıxardı

Yevlax Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Boyukmillet.com-un xəbərinə görə, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib. İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib. 

İcra başçısının digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. 

Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib. 

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …