Şənbə , 26 Aprel 2025
Drone Cameras

“İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həbsdən azad edildi – ÖZƏL

2009-cu ildə həbs edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilən “İdeal” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nazim Quliyev bugünlərdə cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəsissəsindən məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Nazim Quliyevin yaxınları və Penitensiar Xidmətdəki mənbələr Azinforum.az-a onun azadlığa çıxdığına dair xəbərin doğruluğunu təsdiqləyiblər. Qeyd edək ki, jurnalistə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunmuşdu. O isə heç bir ittihamı qəbul etmirdi, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu iddia edirdi.

Samir, Azinforum.az

Check Also

Frank Şvabe Tofiq Yaqubluya azadlıq tələb edib

“Tofiq Yaqublu Azərbaycanda daha da artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) …