Çərşənbə , 21 Avqust 2019
Home » Dünya » İdmançılarımızın növbəti uğuru

İdmançılarımızın növbəti uğuru

Rusiyanın Moskova şəhərində powerlifting üzrə dünya çempionatı keçirilir. Yarışın ilk günlərində Azərbaycan yığma komandası uğur əldə edib. Belə ki, gənclər arasında 60 kq çəki dərəcəsində çıxış edən Zərifə Hüseynova dünya çempionu adını qazanıb. Belə bir 67 kq çəki dərəcəsində Sevil Həsənova da imza atıb.

Kişilərdən ibarət yığmamızın üzvləri – Elmir Tanrıverdiyev (60 kq), Rövşən Xəlilov (75 kq), Razim Hüseynov (125 kq) çempion adını qazanıbar. 100 kiloqram çəki dərəcəsində çıxış edən Namiq Mehdiyev isə gərgin keçən mübarizədən sonra cüzi bir fərqlə dünya üçüncüsü olub. Xatırladaq ki, yığmamızın baş məşqçisi Şəmsi Bayramovdur.

Yeri gəlmişkən onu da bildirək ki, bu yarışın qaliblərindən biri – Rövşən Xəlilov Mingəçevirdəndir. Məlumat üçün bildirək ki, o, Mas-Wrestling və powerlifting üzrə 17 qat Azərbaycan çempionu, powerlifting üzrə Avropa çempionu, Azərbaycan rekordçusudur.

Qeyd edək ki, yarış davam edir. Yarışı Azərbaycan Powerlifting Federasiyasının prezdenti Ələddin Əliyev də izləyir. Hal-hazırda yarışlar davam edir, növbəti günlərdə çıxış edəcək idmançılarımıza da uğurlar arzu edirik

 

 

Boyukmillet.com

Check Also

Türkiyə Daxili İşlər Nazirliyi açıqladı : PKK-nın siyasi qolu HDP-li bələdiyyə sədrləri niyə vəzifələrindən uzaqlaşdırıldı ? (FOTO)

Türkiyə DİN Diyarbəkir, Mardin və Van şəhər bələdiyyə sədrlərini vəzifəsindən uzaqlaşdırıb. Avropa.info xəbər verir ki, …