Çərşənbə axşamı , 8 İyul 2025
Drone Cameras

İƏT XİN başçılarının fövqəladə toplantısı çağırılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri ilə telefonla danışıb.

Boyukmillet.com xəbər verir ki, tərəflər HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə edib. İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.

Ə.Bageri həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysəl bin Fərhan ilə də telefonla danışıb. Tərəflər İƏT XİN rəhbərlərinin təcili toplantısının çağırılması barədə müzakirələr aparıblar.

Check Also

Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması iddiası …