Cümə , 2 Dekabr 2022
Home » İlham Əliyev 6 prokurorluq əməkdaşına ali xüsusi rütbələr verib – SİYAHI

İlham Əliyev 6 prokurorluq əməkdaşına ali xüsusi rütbələr verib – SİYAHI

Azərbaycan Respublikası Prokurorluğunun altı əməkdaşına ali xüsusi rütbələr verilib. 

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş prokurorun birinci müavini Elçin Məmmədova, Baş prokurorun müavini Elmar Camalova, Baş prokurorun müavini Heydər Məmmədova, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzova, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, 1 oktyabr – Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair sərəncam imzalayıb.

Check Also

Azərbaycan lideri: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”. Boyukmillet.com xəbər verir ki, …

Qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb

Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə …

ABŞ Rusiyaya bağlı “Vaqner” dəstəsini terror təşkilatı elan etmək niyyətindədir

ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb …