Cümə axşamı , 1 Dekabr 2022
Home » Xarici siyasət » İlham Əliyev: “Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər”

İlham Əliyev: “Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər”

“Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 24-də Liviyanın Azərbaycandakı yeni səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər.

Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlət başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.

Check Also

Ərdoğan: “Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”

“Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti …