Bazar ertəsi , 20 Yanvar 2020
Home » Dünya » İlham Əliyev: Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar

İlham Əliyev: Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar

Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən səsləndirib. O, cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşdığını və gözləntilər olduğunu da qeyd edib: 

“Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz”.

Check Also

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib. …