Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

İlham Əliyev: İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır

Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səslənddirib.

Prezident İlham Əliyev deyib: “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.

Check Also

Azərbaycanın daxili işlərinə müdaxilə… – Blinkenə cavab

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Entoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə …