Şənbə , 1 Aprel 2023

İlham Əliyev: “Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovmağımız çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”

“Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib: “Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Check Also

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com …