Cümə axşamı , 2 Fevral 2023

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Boyukmillet.com  xəbər verir ki, dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir.

Check Also

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 31 il ötür. Boyukmillet.com xəbər verir ki, …