Cümə , 2 Dekabr 2022
Home » Qarabağ » İlham Əliyev və Mehriban Əliyeva Şuşada təmir və bərpa olunan hoteldə görülən işlərlə tanış olub

İlham Əliyev və Mehriban Əliyeva Şuşada təmir və bərpa olunan hoteldə görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış olublar.

Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq.

Məlumat verilib ki, binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.

Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb.

Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Check Also

“Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi rakurs” kitabının təqdimatı keçirilib

ADA Universitetində Yuta Universitetinin Siyasi elmlər kafedrasının professoru Hakan Yavuzun “Dağlıq Qarabağ münaqişəsi: tarixi və …