Çərşənbə axşamı , 31 Mart 2020
Home » Siyasət » İlham Əliyev: “Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin”

İlham Əliyev: “Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin”

“Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. 

Dövlət başçısı qeyd edib ki, yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir: “Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir”.

Check Also

İlham Əliyev 31 mart soyqırımından yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycalıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə …