Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir – FOTO

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.

Boyukmillet.com xəbər verir ki, məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir.

Məqalədə deyilir: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya baxmaq imkanı əldə edəcəklər”.

Check Also

Səfir: Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək

Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bunu …