Şənbə , 13 Avqust 2022
Home » Digər ölkələr » İndoneziyada sərnişin avtobusu uçuruma yuvarlanıb, azı 26 nəfər həlak olub

İndoneziyada sərnişin avtobusu uçuruma yuvarlanıb, azı 26 nəfər həlak olub

İndoneziyada onlarla insanın həlak olması ilə nəticələnən ağır yol qəzası baş verib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, hadisə Qərbi Yava vilayətində qeydə alınıb.

Avtobusun uçuruma yuvarlanması nəticəsində azı 26 nəfər həlak olub. Məlumata görə, hadisə zamanı avtobusda 62 nəfər olub.

Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, hazırda xilasetmə əməliyyatı aparılır.

Check Also

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, …