İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu qəbul edib.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin, görüş zamanı keçirilməsi nəzərdə tutulan iki ölkə arasında İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.
Check Also
“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri
Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …