Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Dünya » İqtisadiyyat naziri Qırğızıstanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

İqtisadiyyat naziri Qırğızıstanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu qəbul edib.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin, görüş zamanı keçirilməsi nəzərdə tutulan iki ölkə arasında İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.

Check Also

Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb

Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb. Boyukmillet.com xəbər verir …