Şənbə , 9 Dekabr 2023

İrəvan və Brüssel Azərbaycanla sərhəddə Aİ müşahidə missiyası ilə bağlı sənəd imzalayıblar

İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə bağlı saziş imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, sənəd Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu ilə bağlıdır.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya bu ilin fevralında fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.

Check Also

Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir …