Home » Region » İrəvanda aksiya – itkinlərin valideynləri Paşinyanla görüş tələb edir

İrəvanda aksiya – itkinlərin valideynləri Paşinyanla görüş tələb edir

Qarabağ döyüşlərində itkin düşmüş valideynlər növbəti dəfə Ermənistan hökumətinin binası qarşısına toplaşıb.

Boyukmillet.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, valideynlər şəxsən baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Hökumət nümayəndələri aksiya iştirakçılarının qarşısına çıxaraq, onlarla görüşüblər. Ancaq hələlik Paşinyanın etirazçıları qəbul edib-etməyəcəyi bəlli deyil. Valideynlər arasında aksiyanın mətbuatda işıqlandırılması ilə bağlı mübahisə də yaranıb. Onların bəziləri buna qarşı olublar. Yekunda etiraz aksiyasının işıqlandırılmasına zərurət görülməyib.

Check Also

Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib. Boyukmillet.com xəbər …