Cümə , 13 Dekabr 2019
Home » Dünya » İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi

İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir qrup rayon sakini ilə görüşüb. Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə 50-dan çox sakin iştirak edib. 

Qeyd edək ki, qəbuldan əvvəl 1994-cü il yanvarın 30-da Ağdərə ətrafında gedən döyüşlərdə şəhid olan Faiq Həsənovun atası Fazil Həsənov fərdi şəkildə görüşmək istədiyini bildirib. Fərdi görüşdə Azərbaycanda şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini qeyd edən şəhid atası Masazır kəndində küçələrdən birinə oğlunun adının verildiyini və eləcə də onun adının əbədiləşdirilməsi istiqamətində xatirə-bulaq kompleksinin yaradıldığını vurğulayaraq cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. 

Şəhid atasının qayğıları ilə maraqlanılıb, problemlərinin həllində lazimi köməklik göstərilib. 

Abşeron Rayon İcra Hakimiyyətinə gəlmiş sakinlər də İ.Gülməmmədova tərəfindən dinlənilib, vətəndaşların qaldırdığı məsələlər araşdırılıb və həlli istiqamətində müvafiq addımlar atılıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi, kənd və qəsəbələrdəki yeni yaşayış massivlərində olan küçələrin abadlaşdırılması və digər suallar barəsində olub.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Check Also

125 dairənin az qala hamısından namizədlər irəli çıxaran müxalifət partiyaları – yetərli kadr potensialı ortaya qoya biləcəklərmi…

Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin …