Şənbə , 27 Fevral 2021
Home » Manşet » İran və Azərbaycan birlikdə 2 SES tikir

İran və Azərbaycan birlikdə 2 SES tikir

İran və Azərbaycan hökumətləri Araz çayı üzərində “Qız Qalası” və “Xudafərin” su elektrik stansiyalarının (SES) tikintisinin davam etdirilməsini təsdiqləyib.

Bu barədə qonşu ölkənin Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində keçirilmiş yığıncaqda məlumat verilib.

Xatırladaq ki, sözügedən əyalətlə Azərbaycanın Cəbrayıl rayonu arasında inşa olunan SES-lər İranın Enerji Nazirliyinin həyata keçirdiyi əsas layihələrdən biridir. Nazir Rza Erdekaniyan ötən ilin dekabr ayında bəyan etmişdi ki, iki ölkə SES tikintisini canlandırmaq barədə razılığa gəlib. 

Check Also

Naxçıvan Polis məktəbində soyqırım qurbanlarının xatirəsi yad edilib

Boyukmillet.com xəbərverir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Xocalı faciəsinin …