Bazar ertəsi , 12 Aprel 2021
Home » Qarabağ » Qarabağ » İranda Qarabağa həsr olunan konfrans başlayıb

İranda Qarabağa həsr olunan konfrans başlayıb

Bu gün İranın Qum şəhərində “Beynəlxalq 17 rəbiüləvvəl Qarabağ konfransı” başlayıb.

Boyukmillet.com  xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Bildirilib ki, konfransın təşkilatçısı İran Elmi Hövzləri İdarəetmə Mərkəzidir.

Konfrans mərkəzin Dar-ül-vilaye binasının Emin salonunda keçirilir. Sosial məsafə və sanitar-gigenik qaydalarına əməl olunmaqla keçirilən tədbirdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq. Tədbirdə İranın tanınmış müctəhidlərinin ismarışları oxunacaq.

İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda “Azərbaycan torpaqları xilas edilməli”, “Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, “İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, “Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi mövzularda çıxışlar olacağı gözlənilir.

Tədbirə mərkəzin baş katibi Alirıza Arafi, ayətullah Seyid Əli Xaməeninin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, İran Məsləhət Şurasının katibi Möhsün Rizai, İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçi də qatılıblar.

Check Also

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq. APA-nın yerli bürosu xəbər verir ki, məsələ parlamentin …