Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

İranda rejimi sərt tənqid edən imamcümənin nəvəsi və daha 5 nəfər həbs olunub

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi Mövləvi Abdul Həmidin nəvəsi Abdul Nasır Şahbəx həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin fars dilində redaksiyası məlumat yayıb.

Bildirilib ki, İranın hərbi-polis qüvvələrinin təmsilçiləri Abdul Nasır Şahbəxşi tutarkən zorakılıq tətbiq ediblər. Onun saxlanıldığı yer barədə ailə üzvlərinə və yaxınlarına məlumat verməyiblər. Hətta onun vəkillə təmin olunmadığı da qeyd edilib.

Məlumata görə, Abdul Nasır Şahbəxşlə yanaşı, Zahidandakı Məkkə məscidinin qulluqçuları – Hamed Məhəmmədi Nik (Bəraxui), Üsam Şahbəx, iki video-operator və fotoqraf da həbs olunublar.

Qeyd edək ki, Mövləvi Abdul Həmid İsmayıl Zai son zamanlar, xüsusilə ötən ilin sentyabrından başlayan etiraz aksiyaları zamanı bütün cümə namazı xütbələrində rejimə qarşı sərt çıxışları ilə fərqlənib. O, Rusiya Prezidenti Vladimir Putini və tərəfdarlarını Allahdan qorxmağa çağıraraq Suriya və Ukraynada insanları öldürməyi dayandırmağa çağırıb.

Check Also

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə …